Hüquq xidmətləri

Hüquq xidmətləri -Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bir çox hallarda hüquqlarının müdafiə edilməsini və bizneslərinin kompleks tənzimlənməsini zəruri hesab edirlər. “AZİMUT AUDİT” MMC-də qanunvericilik aktlarını və beynəlxalq hüquq normalarını peşəkar səviyyədə bilən hüquqşünaslar və ekspertlər çalışdığı üçün Sizin heç bir sualınız cavabsız qalmır.

  • Müəssisələrin və fiziki şəxslərin məhkəmədə müdafiəsi;
  • Müqavilələrin bağlanılması;
  • Müəssisənin təsis edilməsi və ya ləğvi;
  • Əmək və mülki hüquq münasibətləri;
  • Hüquq, miqrasiya, gömrük, insan resursları, vergi, audit, mühasibatlıq, əmlak, valyuta, administrativ və cinayət (iqtisadi fəaliyyətlə əlaqədar) qanunvericiliyi ilə əlaqədar sualların konsultasiyası;
  • Mülki-hüquqi, gömrük, insan resursları, vergi, audit, mühasibatlıq, əmlak və administrativ məsələlər üzrə məhkəmə işlərinin aparılmasında hüquqi yardım;
  • Mübahisələrin məhkəmə qabağı tənzimlənməsi;
  • Ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması;
  • Maraqlarınızın arbitraj və ümumi məhkəmələrdə müdafiəsi;
  • Hüquqi şəxslərin və müəssisənin struktur bölmələrinin qeydiyyatı, reorqanizasiyası və ləğv edilməsi;
  • Nizamnamə sənədlərinin, müəssisənin fəaliyyətini reqlamentləşdirən daxili sənədlərinin (əmrlər, əsasnamələr, instruksiyalar) tərtibi;
  • Layihələrin hüquqi müşahidəsi;
  • Universal hüquqi məsləhət xidmətləri.