Hüquq xidmətləri
Hüquq xidmətləri -Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bir çox hallarda hüquqlarının müdafiə edilməsini və bizneslərinin kompleks tənzimlənməsini zəruri hesab edirlər. “AZİMUT AUDİT” MMC-də qanunvericilik aktlarını və beynəlxalq hüquq normalarını peşəkar səviyyədə bilən hüquqşünaslar və ekspertlər çalışdığı üçün Sizin heç bir sualınız cavabsız qalmır.
- Müəssisələrin və fiziki şəxslərin məhkəmədə müdafiəsi;
- Müqavilələrin bağlanılması;
- Müəssisənin təsis edilməsi və ya ləğvi;
- Əmək və mülki hüquq münasibətləri;
- Hüquq, miqrasiya, gömrük, insan resursları, vergi, audit, mühasibatlıq, əmlak, valyuta, administrativ və cinayət (iqtisadi fəaliyyətlə əlaqədar) qanunvericiliyi ilə əlaqədar sualların konsultasiyası;
- Mülki-hüquqi, gömrük, insan resursları, vergi, audit, mühasibatlıq, əmlak və administrativ məsələlər üzrə məhkəmə işlərinin aparılmasında hüquqi yardım;
- Mübahisələrin məhkəmə qabağı tənzimlənməsi;
- Ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması;
- Maraqlarınızın arbitraj və ümumi məhkəmələrdə müdafiəsi;
- Hüquqi şəxslərin və müəssisənin struktur bölmələrinin qeydiyyatı, reorqanizasiyası və ləğv edilməsi;
- Nizamnamə sənədlərinin, müəssisənin fəaliyyətini reqlamentləşdirən daxili sənədlərinin (əmrlər, əsasnamələr, instruksiyalar) tərtibi;
- Layihələrin hüquqi müşahidəsi;
- Universal hüquqi məsləhət xidmətləri.


İşinizi bizə etibar edin
Biznes məlumatlarınızı doldurun və əməkdaşlarımızdan dərhal qiymət təklifi alın.
