Gömrük xidmətləri

Gömrük xidmətləri – “AZİMUT AUDİT” MMC gömrük rəsmiləşdirilməsi proseslərini vaxtında və dəqiqliklə yerinə yetirməklə yanaşı, gömrük orqanlarına müraciətlərin edilməsi üzrə konsaltinq xidmətlərini göstərir. Həmçinin, Gömrük Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı Sizi vaxında məlumatlandırır.

  • Gömrük rüsum və vergilərinin hesablanması və ödənilməsi qaydaları, tətbiq olunan güzəştlərlə bağlı məsləhətlərin verilməsi;
  • Gömrük sənədləşməsinin və nəzarətinin keçirilməsi qaydaları ilə bağlı məsləhət və təkliflərin verilməsi;
  • Malların gömrük dəyərinin müəyyən edilməsi və nəzarət metodları, gömrük orqanları tərəfindən gömrük dəyərinin korreksiya olunması üçün tətbiq olunan qaydalarla bağlı məsləhətlərin verilməsi;
  • Gömrük rəsmiləşdirilməsi üzrə idxal və ixrac əməliyyatları;
  • Hər növ gömrük bəyannamələrinin tərtib olunması;
  • Xarici ödəmə tapşırıqlarının, gömrük rüsumlarının, vergilərin, o cümlədən gömrük rəsmiləşdirilməsi zamanı bütün ödənişlərin aparılmasını təşkil etmək;
  • Müqavilələrin tərtib olunması;
  • Sənədlərin hazırlanması (CMR, INVOICE, TIR Carnet);
  • Gömrük qanunvericiliyi ilə tənzimlənən digər hüquqi və iqtisadi konsaltinq xidmətləri.