İnsan resursları

İnsan resursları – biznesin başlanğıcından etibarən işçilərin rəsmiləşdirilməsi, əmək haqqı ştat cədvəllərinin hazırlanması, əmək haqlarının, məzuniyyət və ezamiyyə xərclərinin hesablanması, müəyyən edilmiş sosial, icbari tibbi sığorta, işsizlik və sığorta üzrə hesablamaların və ödənişlərin dəqiqliklə təmin edilməsi.

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçilərlə əmək müqavilələrinin bağlanması və xitam verilməsi, bununla əlaqədar ümumi işlərin yerinə yetirilməsi;
  • Müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan yerli və xarici şirkətlərə, o cümlədən fiziki şəxslərə Əmək qanunvericiliyinin tənzimlənməsi istiqamətində konsaltinq xidmətlərinin göstərilməsi;
  • İnsan resursları ilə əhatə olunan işlərin proqram təminatında mükəmməl və analoqu olmayan şəkildə hazırlanması və hüquqi sənədləşdirmə işlərinin təşkil edilməsi;
  • Əmək qanunvericiliyi ilə tənzimlənən digər hüquqi və iqtisadi konsaltinq xidmətləri yerinə yetirilir.