Elşən Qəməndər oğlu Əliyev
Elşən Qəməndər oğlu Əliyev
1986-cı il yanvar ayının 24-də Göygöl şəhərində anadan olub.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub, 2007-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə Cənubi Koreya Respublikasında təhsil almışdır.
Əmək fəaliyyətinə 2011-ci ildə Vergi orqanlarında başlayıb, 2011-2018-ci illər ərzində Dövlət Vergi Xidmətinin baş idarələrində yüksək vəzifələrdə çalışıb. İşlədiyi müddət ərzində 2 (iki) dəfə həvəsləndirmə tədbiri olaraq təşəkkür alıb. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təlimçi olaraq ixtisas artırma və digər təlimlərdə fəal iştirak edib. Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin attestasiyasında iştirak edib və müvəffəqiyyətlə keçib.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1897 nömrəli “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Sərəncamının icrası məqsədilə işçi qrupunun üzvü təyin edilərək səlahiyyətli vəzifəli şəxs olaraq dövlət orqanlarında təşkil edilən iclas və müzakirələrdə iştirak edib.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2019-cu il İxraca dəstək” və “Qida zənciri” sertifikatlarını əldə edib.
“Moskva Bəlağət və Natiqlik Bacarığı Universitetinin” metodikası ilə keçirilən treninqlərini bitirərək “Xarizmatik Natiq” və “Beyin Xəritəsi” (Mind Map) sertifikatlarını əldə edib.
2019-cu il ərzində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının Patent, Sertifikatlaşdırma, Marketinq və Biznes inkubasiya şöbəsinin rəisi vəsifəsində çalışıb.
2020-ci il ərzində hüquq şirkəti və özəl sektorda icraçı direktor vəzifəsində çalışıb.
2021-ci ildən etibarən “AZİMUT AUDİT” şirkətinin baş direktoru vəzifəsində işləyir.

